Dünyaca məşhur müğənni Bakıda konsert verəcək
07.07.2022
Amerikalı müğənni, bəstəkar Laura Pergolizzi (LP) Azərbaycanda ilk dəfə konsert verəcək.
"DM" xəbər verir ki, şou-proqram 30 sentyabrda Bakı Konqres Mərkəzində baş tutacaq.
Qeyd edək ki, LP ləqəbiylə tanınan müğənni 2001-ci ildə "Big indie” üslubunda olan "Heart-Shaped Scar" debüt albomunun yayımlayandan sonra böyük uğur əldə edib. Son illərdə isə ifa etdiyi "Lost on you” mahnısı 17 ölkədə bir nömrəyə yüksələrək hitə çevrilib.