KİV: Boris Conson bu gün istefa verəcək
07.07.2022
Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.
"DM" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edək ki, Böyük Britaniyada 2 gün ərzində 53 məmur (o cümlədən 3 nazir) hökumətdəki vəzifəsindən istefa verib.
Həmçinin hökumət nümayəndələri 3 gündür Boris Consonun istefasını tələb edir.