Makqreqor: Ukrayna xəritədən silinə bilər
07.07.2022
Tərəflər yaxın vaxtlarda razılığa gəlməsə, Ukrayna dünya xəritəsindən silinə bilər.
"DM" xəbər verir ki, bu fikri "Skay Nyus” telekanalına müsahibəsində ABŞ-ın eks-müdafiə nazirinin müşaviri olan polkovnik Duqlas Makqreqor deyib.
"Ukrayna dünya xəritəsindən tamamilə silinə bilər. Mən hesab edirəm ki, atəşkəs lazımdır. Vaşinqtonda heç kim bunu etmək niyyətində deyil”, - polkovnik bildirib.