21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azad olunmuş ərazilərdəki abidələrlə bağlı sayt təqdim olunub

07.07.2022

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının təqdimatı keçirilib.

"DM" xəbər verir ki, saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

Çıxış edən mədəniyyət naziri Anar Kərimov yeni yaradılan portalın əhəmiyyətindən danışıb: "Danılmaz faktdır ki, mədəni irs xalqların yaddaşını, tarixini ehtiva edir. Hər bir xalq öz mədəni irsinə həssaslıqla yanaşır, eynilə Azərbaycan xalqı da, amma əfsuslar olsun ki, 30 il ərzində Qarabağ ərazisində yerləşən tarixi abidələrimiz vandalizmə məruz qalıb. Bu gün isə artıq həmin ərazilərdə tarixi abidələr üzərində bərpa-restavrasiya işləri görülməkdədir".

Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününkiləşdirməyə məruz qoyulub: "Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur".

Dövlət Xidmətinin rəisi Azad Cəfərli isə çıxışında işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının çox ciddi informasiya resursu olduğunu diqqətə çatdırıb: "Saytda işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl, sonrakı və bərpa görüntüləri, arxiv fotoları və cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda abidələrin yerləşdiyi məkanlar müvafiq xəritə üzərində də qeyd olunub”.

Xidmət rəisi həmçinin vurğulayıb ki, həyata keçirilən monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib.

Çıxışlar bitdikdən sonra saytın təqdimatı baş tutub.