21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Britaniya baş prokuroru baş nazir postuna namizəd ola bilər

07.07.2022

Böyük Britaniyanın baş prokuroru Suella Braverman Boris Conson istefa verəcəyi təqdirdə baş nazir postuna namizədliyini irəli sürəcəyini bildirib.

"Baş nazir postu uğrunda mübarizə olarsa, mən öz namizədliyimi irəli sürəcəm”, - deyə Braverman İTV kanalının efirində qeyd edib.

"Mən bu ölkəyə borcluyam və baş nazir olmaq ən böyük şərəf olardı”, - deyə o əlavə edib.

Onun fikrincə, Consonun vəzifədə qalması "qəbuledilməzdir”.

"Baş nazirin istefa vermək vaxtıdır”, - deyə Braverman vurğulayıb.

Eyni zamanda, o, baş prokuror postundan getməyi planlaşdırmadığını, xidmətin onun ölkə qarşısındakı "borcu” olduğunu bildirib.

Ancaq baş nazir ondan vəzifədən getməsini xahiş etsə, bunu edəcəyini də dilə gətirib.

"The Guardian”ın hesablamalarına görə, son iki gündə səhiyyə naziri Sacid Cavid, maliyyə naziri Rişi Sunak, uşaq və ailə işləri üzrə nazir Uill Kuins və nəqliyyat nazirliyinin xüsusi parlament katibi Laura Trott da daxil olmaqla 44 nazir və yüksək rütbəli hökumət rəsmisi istefa verib.

Mənbə: İnterfaks