Rusiyada daha iki general saxlanılıb
06.07.2022
Rusiyada daha iki general saxlanılıb.
Bununla bağlı Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sergey Umnovla birlikdə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, general Aleksey Semenov və Sankt-Peterburq Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini, general İvan Abakumov da saxlanılıb.
İstintaqın irəli sürdüyü iddialara əsasən, 2016-cı ildən 2020-ci ilə qədər Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin yüksək rütbəli əməkdaşlarından bir neçəsi "Sankt-Peterburq və Leninqrad vilayətinin Mərkəzi Daxili İşlər İdarəsinin proqramlarına köməklik” yardım fondunun vəsaitindən şəxsi maraqları üçün istifadə edib. Generalların xahişi ilə fonddan pullar onlar üçün daşınmaz əmlak və avtomobillərin alınmasına, həmçinin ştatdankənar köməkçilərin saxlanılmasına sərf edilib.