35 ölkə Rusiya ilə bağlı sənədi qəbul edib: Ukrayna imzalamayıb
06.07.2022
Aparıcı dünya dövlətləri Rusiya və Belarusu beynəlxalq idman federasiyalarına üzvlükdən məhrum etmək istəyirlər.
35 ölkə Rusiya və Belarusun milli idman orqanlarının beynəlxalq idman federasiyalarına üzvlüyünün dayandırılmasını tələb edib.
Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, ABŞ, İsveç, Finlandiya, Fransa, Xorvatiya, Çex Respublikası, Estoniya, Cənubi Koreya və Yaponiya müvafiq sənədi imzalayıblar.
Ukrayna isə sənədi imzalamayıb.
Mənbə: Segodnya