21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Baş HƏKİM: “Toppuş bacı” sağalıb, niyə özünü reklam edir?

26.09.2018

Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli xərçəngə yoluxan Əməkdar artist Tünzalə Əliyevanın xəstəliyi ilə özünü reklam etdiyini bildirib.
"Dövran Media" xəbər verir ki, bu barədə Modern.Az-a danışan Kərimli söyləyib ki, "Toppuş bacı”nın vəziyyəti normaldır:
"Hamımızın "Toppuş bacı” kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə, müalicəsi davam edir.
Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. "Toppuş bacı” nəyə görə xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxur.
Bir neçə il əvvəl aktrisa Kübra Əliyeva da xərçəng xəstəliyindən əziyyət çəkirdi. Müalicə götürdü, saçına qədər tökülürdü. İndi isə vəziyyəti yaxşıdır, sağalıb və müayinələrini davam etdirir. Tək adını çəkdiyim məşhurlar deyil, efir insanlarının çoxu bu durumdadır. Kübra Əliyeva səhhətinə laqeyd yanaşmır, həkim nə zaman dedisə, o zaman da qəbula gəlir, müalicə götürür, özünü reklam etmir”. 
Tünzalə Əliyeva isə saytımıza açıqlamasında bildirib ki, xəstəliklə özünü reklam etmir:
"Uzun müddətdir Milli Onkologiya Mərkəzində müalicə alıram. Bir neçə günə müalicəm bitəcək. Mən hamının fikrinə hörmətlə yanaşıram, ancaq özümü xəstəliklə reklam etmirəm. Xəstəliyə görə heç kimə müraciət etməmişəm”.
Qeyd edək ki, Tünzalə Əliyeva ilə bağlı "Bizimləsən” verilişində bir neçə gündür xeyriyyə marafonu başlayıb. Bundan öncə də "Toppuş bacı” müraciət edərək hər kəsdən ona kömək edilməsini istəmişdi.