Ağ Ev: Bayden Türkiyənin bu tələbini dəstəkləyir
06.07.2022
F-16 ilə bağlı müzakirələr bir müddətdir gündəmdədir.
"DM" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyeri deyib.
"F-16 mövzusunda çox açıq danışırıq. Bir neçə aydır ki, bu barədə görüşlərimiz olur. Bayden bu tələbi həqiqətən dəstəkləyir. Bundan başqa yeni bir şey yoxdur", - Jan-Pyeri bildirib.