Dağlıq ərazilərdə yanğın zamanı helikopterlərin su götürməsi üçün süni göllər yaradılıb
06.07.2022
"Dağ silsiləsində baş verən yanğınların qarşısının daha tez almaq məqsədilə helikopterlərin su götürməsini asanlaşdırmaq üçün süni göllər yaradılıb".
"DM"-nın məlumatına görə, bunu Bərdədə yanğın təhlükəsizliyi ilə bağlı keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov bildirib.
Onun sözlərinə görə, bu göllər, meşə yanğınlarının qarşısının alınmasında daha səmərəli olacaq:
"Meşələrdə baş verən yanğınların qarşısının alınması məqsədilə, görülən tədbirlərin daha da effektli olması üçün dağ-meşə zolaqlarında helikopterlərin su götürməsini asanlaşdırmaq üçün xüsusi hovuzlar hazırlanıb. Bu hovuzların su ehtiyatı təbii su mənbələri hesabına ödəniləcək. Bu hal, dağ silsiləsində baş verən fövqəladə hallar zamanı toplanan su ehtiyatından daha səmərəli istifadə etmək mümkün olacaq. Dağ silsiləsində baş verən yanğınların söndürülməsi üçün texniki vəsaitlərdən istifadə çətin olduğu üçün, əsasən havada müdaxilə etmək zərurəti yaranır. Bu cür süni göllərdən helikopterlərin su götürməsi daha asan və səmərəli olacaq".