Sanksiyalar güclənəcək, savaşa isə girməyəcəyik
06.07.2022
Avropa Birliyi Rusiyanın Ukraynada apardığı hərbi əməliyyata qarşı sanksiyaları daha da gücləndirəcək. Amma Rusiya ilə müharibə aparmaq niyyətimiz yoxdur.
"DM" xəbər verir ki, bu sözləri AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Borrell həmçinin bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun hərbi-sənayesinə böyük təsir edir və neft hasilatına mane olur.