Draqinin Türkiyə səfəri başlayıb
05.07.2022
İtaliya Baş naziri Mario Draqinin Türkiyəyə səfəri başlayıb.
"DM" xəbər verir ki, onu Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayacaq.
Liderlərin təkbətək görüşündən sonra heyətlərarası müzakirələr aparılacaq.
Həmçinin strateji tərəfdaş və NATO müttəfiqi İtaliya ilə ikitərəfli münasibətlər, Türkiyə-Avropa Birliyi əlaqələri, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi olacaq.
Ardınca qarşıqlı sənədlərin imzalanacağı gözlənilir.
Daha sonra liderlər birlikdə mətbuat konfransı keçirəcəklər.