Avropadan zərbə: Türkiyəyə yardım etməyəcəyik
26.09.2018
Avropa Birliyi Türkiyəyə iqtisadi dəstəyin verilməsinə ehtiyac görmür.
"Dövran Media" xəbər verir ki, bunu "Die Velt” qəzetinə müsahibəsində Avropa Komissiyasının Genişlənmə və Mehriban Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Xan deyib. Onun sözlərinə görə, Türkiyənin hazırkı iqtisadi problemləri daxili siyasi səbəblərlə bağlıdır:
"AB-nin və ya hansısa başqa ölkənin Ankaraya yardım təklif etməsi situasiyanı həll etməyəcək. Biz stabil və çiçəklənən Türkiyənin olmasında maraqlıyıq. Türkiyənin siyasətinə və iqtisadiyyatına etibarın qayıtmasından sonra Qərb şirkətləri bu ölkəyə investisiyaları yenidən gücləndirəcək”.