105 yaşlı nənənin AD GÜNÜ
06.02.2018
Adanada yaşayan və 105 yaşında olan Elif Süngü doğum gününü bələdiyyə sədri ilə qeyd edib.
Adananın Karaiseli mahalında yaşayan 105 yaşındakı Elif Süngü doğum gününü qeyd edib.
Karaiselinin bələdiyyə sədri Saadettin Aslan 1913-cü il təvəllüdlü bölgənin ən yaşlı sakinini evində ziyarət edib.
Süngünün ad gününü təbrik edən Aslan ona sağlam və xoşbəxt illər arzulayıb.
Elif Süngü onun üçün hazırlanmış tortun üzərindəki şamları üfürərək söndürüb və doğum gününü qeyd edənlərə təşəkkür edib./AzNews/