21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qeyri-sabit hava davam edəcək

26.09.2018

Sinoptiklər ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin sentyabrın 28-dək davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi proqnozlaşdırılır.