Liviya muzdluları Ukraynaya axışır
05.07.2022
Liviyada olan muzdluların bir çoxu Ukraynada döyüşmək üçün ölkəni tərk ediblər.
"DM"xəbər verir ki, bunu Liviyada insan haqlarının pozulması ilə bağlı sübutlar toplayan BMT eksperti Çaloka Bəyani deyib.
O bildirib ki, muzdlular "özlərinə başqa bazar tapıblar”:
"Xüsusilə, Rusiyanın "Vaqner” qrupunda muzdluların sayı azalıb. Özəl təhlükəsizlik şirkəti Rusiya Prezidenti Vladimir Putinin kölgə ordusu hesab olunur. Baxmayaraq ki, o, şirkətlə əlaqəsi olduğunu inkar edir. Heç də bütün əcnəbi döyüşçülər Liviyanı tərk etməyib. Muzdlular ölkədə münaqişəni uzadır və mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq qaydaları pozur”.
Britaniya kəşfiyyat isə bildirib, Moskva Afrika və Suriyadakı əməliyyatların zərərinə Ukraynanı işğal etmək üçün ilk növbədə "Vaqner” personalına arxalanmağa məcbur olub.