Avropada enerji böhranı gözlənilir
05.07.2022
Norveçdə neft-qaz sənayesi işçiləri tətilə başlayıblar. Ölkə köhnə qitənin ən böyük enerji ixracatçılarından biridir.
Almaniyada "qaz uğrunda döyüşün” başlayacağı istisna edilmir. Müxalifətdəki partiya liderinin sözlərinə görə, bu "döyüş” yanacaq qıtlığı olacağı halda Aİ ölkələri arasında baş verəcək.
Britaniya sənayeçiləri həyəcan təbili çalırlar - əgər qışda həqiqətən qıtlıq baş versə, o zaman bir sıra sənaye sahələri fəaliyyətini dayandırmalı olacaq. Tezliklə hökumətə bu ehtimal barədə məlumat veriləcək. Həmçinin sadə vətəndaşlar benzinin bahalaşmasına qarşı çıxaraq etiraz kimi bir neçə körpünü bağlayıblar.
Mənbə: Vesti.ru