Rusiya bu ərazilərə hücum hazırlayır
05.07.2022
Rusiya Baxmut və Severskə hücum etməyə hazırlaşır. Onlar yeni şəhərlərə yaxınlaşmaq üçün Baxmut-Lisiçansk magistralının qərbinə doğru irəliləməyə çalışacaqlar.
"DM" xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
"Rusiya qüvvələri Baxmut və Severskə doğru irəliləmək üçün T1302 Baxmut-Lısiçansk avtomobil yolunun qərbinə doğru irəliləmək səylərini davam etdirəcəklər. Lakin çətin ki, ruslar öz aqressiv planlarını həyata keçirə bilsinlər. Lisiçanskı ələ keçirməyə cəhd edərkən rusların yaşadığı itkilərindən sonra onların bunu uğurla həyata keçirəcəyi şübhəlidir”, - məlumatda deyilir.