Draqi bu gün Türkiyəyə gələcək
05.07.2022
İtaliyanın Baş naziri Mario Draqi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək.
"DM" xəbər verir ki, Draqinin Türkiyəyə səfəri çərçivəsində bu gün Ərdoğanla birgə Türkiyə-İtaliya Üçüncü Hökumətlərarası zirvə toplantısına sədrlik edəcək.
Həmçinin strateji tərəfdaş və NATO müttəfiqi İtaliya ilə ikitərəfli münasibətlər, Türkiyə-Avropa Birliyi münasibətləri, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.