Ukrayna artıq Rusiyaya dəqiqliklə zərbə endirə bilər
04.07.2022
ABŞ Kiyevə Rusiya ərazisində istənilən obyektin yerini təqdim edir.
"DM" xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert Aleksey Leonkov bölüşüb.
Ekspert hesab edir ki, ABŞ hökuməti Ukraynaya gətirilmiş HİMARS reaktiv yaylım atəş sistemlərinin real sayını ictimaiyyətdən gizli saxlayıb. O qeyd edib ki, Vaşinqton əvvəlcə dörd RYAS haqda danışıb, Kiyevə verildikdən sonra isə artıq səkkiz sistem olduğunu bildirib.
"ABŞ Ukraynaya idarəolunan raketlər də göndərib ki, onların traiktoriyasına havada olarkən belə düzəliş edilə bilər, yəni onları yüksək dəqiqliyə malik döyüş sursatı adlandırmaq olar. HİMARS raketləri koordinatları qəbul edən xüsusi bir bloka malikdir. Buna görə də problemsiz olaraq, ABŞ-ın kordinatlarını istifadə etməklə dəqiqlikli Rusiya ərazisində istənilən obyektə zərbələr vura bilər”, - Leonkov bildirib.