İlan adasında Ukrayna bayrağı qaldırılıb
04.07.2022
Ukrayna Qara dənizin şimal-qərbində yerləşən İlan adasını rəsmi şəkildə öz yurisdiksiyasına qaytarıb.
"DM"-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Natalia Qumenyuk bildirib.
O, adada Ukrayna bayrağının qaldırıldığını bəyan edib: "İlan adasında Ukrayna bayrağı qaldırılıb. Hərbi əməliyyat başa çatdırılıb və indi ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb”.
Qeyd edək ki, İlan adası fevralın 24-də Rusiyanın nəzarətinə keçmişdi. Rusiya iyunun 30-da adadan çəkildiyini təsdiqləyib.