“Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi reallaşmalıdır”
04.07.2022
Türkiyə və Ermənistan arasında normallaşma prosesinə dair gələcəkdə atıla biləcək addımlar müzakirə edilir.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, bu məsələdə Türkiyə hər bir addımında Azərbaycanla məsləhətləşir:
"Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyirik. Çünki bölgədə davamlı sülhə ehtiyac var. Azərbaycan və Ermənistan arasında əldə olunan razılığa əsasən, reallaşdırılmalı olan Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri həyata keçməlidir. Çünki Ukrayna müharibəsindən sonra Orta Dəhliz strateji önəm qazanıb”.
Çavuşoğlu erməni diasporunun sülhə əngəl olduğunu xatırladıb:
"Diaspor bölünmüş haldadır. Erməni diasporunun bir qismi heç bir şəkildə normallaşmaya dəstək vermək istəmir, digər hissəsi isə verir. Ermənistanın içindəki bəzi qüvvələr Baş nazirin evinə basqın edir, küçələrdə aksiya keçirir, ciddi bir təzyiq göstərirlər. Bu da Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesində ciddi bir əngəl yaradır”.