"Azərbaycan casusu"nu azad etdilər
26.09.2018
Ermənistan Türkiyə vətəndaşı 16 yaşlı Ümid Əli Özməni sərbəst buraxıb.
Anadolu agentliyinin verdiyi xəbərə görə, bu barədə atası Mustafa Özmən məlumat verib. Oğlunun dünən 19:00 radələrində sərbəst buraxıldığını deyən Mustafa Özmən hazırda birlikdə olduqlarını bildirib.
"Ümidin pasportu olmadığı üçün bəzi prosedurlar və yazışmalar hələ davam edir. İşlər başa çatdıqdan sonra bu gün yola çıxacağıq.Türkiyəyə Gürcüstan üzərindən keçəcəyik”, - deyə, o, bildirib.
Xatırladaq ki, Ümid Əli Özmən iki ay öncə səhvən Ermənistan sərhədini keçmiş, erməni əsgərləri onu "Azərbaycan casusu” adı altında həbs etmişdilər.
Bundan sonra 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Nikol Paşinyana zəng etdiyi bildirilsə də, Paşinyan bunu təkzib etmişdi.