Papa: Moskvaya gedəcəm, Putinə təsir edəcəm
04.07.2022
Roma Papası Fransisk Ukrayna və Rusiyaya səfər etməyi planlaşdırır.
"DM" xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
"İyulda Kanadaya səfərimdən sonra bunu etmək niyyətindəyəm. Əvvəlcə Moskvaya getmək istəyirəm. Rusiya prezidentinə sülh barədə bəlkə təsirim oldu. Sonra isə Ukraynaya səfər planlaşdırıram”, - o bildirib.
Qeyd edək ki, Roma Papası Fransiskin Kanadaya rəsmi səfəri 24-30 iyula planlaşdırılıb. Lakin Papanın dizindən aldığı zədə səbəbindən səfər gecikə bilər.