Şəmkir sakini icra hakimiyyətinin qarşısında özünü yandırıb
04.07.2022
Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.
Şəmkir rayonunun Yeni həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.
Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.