23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Aİ Özbəkistanda baş verən son hadisələrə münasibət bildirib

04.07.2022

Avropa İttifaqı Özbəkistanda baş verən son hadisələrə münasibət bildirib.

"DM"xəbər verir ki bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Aİ Özbəkistan Konstitusiyasına təklif olunan düzəlişlərin dərcindən sonra Qaraqalpaqıstanda baş verən zorakılıq hadisələri ilə bağlı açıq və müstəqil araşdırma aparmağa çağırır. 

"Biz insan tələfatından dərin təəssüf hissi keçirir və prosesləri yaxından izləməyə davam edirik. Biz Prezident Mirziyoyevin təklif olunan Konstitusiya dəyişiklikləri ilə bağlı ictimai narahatlıqlara operativ reaksiya vermək üçün atdığı addımları etiraf edirik. Hər hansı eskalasiyanın və ya növbəti zorakılığın qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırırıq".

Mətbuat katibi bəyan edib ki, Aİ Özbəkistan hökumətini beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığını təmin etməyə çağırır.

"Aİ-nin Özbəkistanla güclü və inkişaf edən tərəfdaşlığı var. Biz Özbəkistanın islahat səylərini dəstəkləyirik və onu beynəlxalq normalara və ən yaxşı təcrübələrə əsaslanaraq vətəndaşlar və maraqlı tərəflərlə məsləhətləşmələr əsasında bu prosesi davam etdirməyə çağırırıq", bəyanatda vurğulanıb.