Gürcüstanda buğda ixracına qadağa qüvvəyə minib
04.07.2022
Gürcüstan buğda və arpa ixracına qadağa bu gündən qüvvəyə minib.
"DM" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Qadağa 2023-cü ilin iyul ayına qədər qüvvədə olacaq. Hakimiyyət bu qərarı ölkənin aktual ehtiyaclarını nəzərə alaraq qəbul edib”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Gürcüstan ildə 650 min tona qədər buğda istehlak edir və ehtiyaclarının yalnız 15%-ni özü təmin edir. İdxalın 90%-dən çoxu isə Rusiyanın payına düşür.