Zəngilanda 1 ton narkotik məhv edilib
04.07.2022
Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Bürünlü kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan çox olan 1713 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.