RYAS-lar Rusiya silah anbarlarını məhv edir
04.07.2022
Gələcəkdə ruslara qarşı əsas qarşıdurma xətti Seversk və Soledar şəhərlərindən olacaq.
"DM" xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pyotr Çernik deyib.
"Əsas qarşıdurma xətti Seversk və Soledar şəhərlərində olacaq. Bəli, bu gün düşmən artilleriyada böyük üstünlüyə malikdir. Lakin son həftə ərzində bizim artilleriya və raketlərimizin də sayı xeyli artır. Düşmənin silah-sursat anbarlarının məhv edilməsi qərbli tərəfdaşlarımız tərəfindən bizə verilən RYAS-ın işidir. Bu prosesdə partizan izi də istisna edilməməlidir. Ukrayna əsgərlərinin taktiki məharəti artır və bütün lazımi qüvvələr və vasitələr gündən-günə təkmilləşir”, - Çernik bildirib.