03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İranın keçmiş prezidentinin qızı qadınları itaətsizliyə çağırıb

04.07.2022

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi ölkəsində hicab geyinməyən qadınlara dəstək verib.

"DM” "Fars” agentliyinə istinadən bildirir ki, o, qadınları çadradan imtinaya və itaətsizliyə çağırıb.

F.Haşimi insanları İran hökumətinə etirazlarını bildirməyə səsləyərək, hicab taxmayanları "aslan qadınlar” adlandırıb.

Bildirilib ki, bir müddət əvvəl o, islam peyğəmbərinin idarəetməni, iqtisadi işləri bilmədiyini iddia edib və bu səbəbdən həyat yoldaşı Xədicə xanımın sərvətinə qadağa qoyduğunu söyləyib.

Məhəmməd peyğəmbərə (s.ə.s.) həqarətə görə F.Haşimiyə cinayət işi açılıb.

O, əvvəllər də İrandakı məsələlərlə bağlı tənqidi mövqedən çıxış edib.

Agentlik qeyd edib ki, sabiq prezidentin qızı İran İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-ın "terrorçular siyahısında” qalmasını müdafiə edib:

"Korpusun fəaliyyəti ölkəyə ziyan vurur”.

Faizə Haşimi İranda hakimiyyət tərəfindən qadağan edilmiş bəhailərin mühakimə edilmiş lideri Zalehi həbsxanadan çıxandan sonra ziyarət edib. O, bu addımı atası Əli Əkbər Haşimi Rəfsəncani sağ olanda atıb. Onda ziyarəti etiraza səbəb olmuşdu: "Faizə çox ciddi səhv edib və bunu kompensasiya etməlidir”.

Ancaq o, "Euronews”a müsahibəsində bildirmişdi ki, onun addımı qanunsuz deyil:

"Əksinə, indiki sistemin bəhailərə zülm etməsinə təəssüflənirəm”.

Qeyd edək ki, Faizə Haşimi - Bəhramani 1963-cü il yanvarın 7-də anadan olub. 1996-2000-ci illərdə parlamentin deputatı, "Zən” jurnalının təsisçisi və baş redaktoru olub. Bu dərginin üz qabığında İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı Fərəh Dibanın fotosu dərc edildiyi üçün jurnal bağlanıb. O, bir neçə dəfə qısa müddətə həbs olunub. Mühafizəkar və ya radikal xətt tərəfdarları onu sosial şəbəkələrdə daim təhqir edirlər. Faizə qadınlara qarşı hicab qaydalarının mülayimləşdirilməsini tələb edir.

Sonuncu dəfə 2017-ci il martın 17-də hakimiyyətə qarşı təbliğata görə altı ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Əli Əkbər Haşimi Rəfsəncani 1934-cü ildə İranın Kerman əyalətində anadan olub, 2017-ci ilin yanvarında ölüb. O, 1980-1989-cu illərdə İran Məsləhət Şurasının sədri, 1989-1997-ci illərdə prezident olub.