Ukrayna ordusu Xersona yaxınlaşıb: ağır olacaq
04.07.2022
Ukrayna qoşunları artıq Xerson ətrafına yaxınlaşıb. Lakin bu döyüş çox çətin olacaq və Ukrayna ordusu itki verəcək.
"DM" xəbər verir ki, bu barədə "Ekonomist” nəşri məlumat yayıb.
Ukrayna hərbi kəşfiyyatının adının çəkilməsini istəməyən əməkdaşı nəşrə açıqlamasında deyib ki, ön bölmələr Xersonun ətrafından bir snayper atışı məsafəsində yerləşiblər.
"Növbəti bir neçə həftə çox maraqlı olacaq”, - mənbə bildirib.
Nəşr onu da qeyd edib ki, hazırda Ukrayna ordusunun əsas diqqəti ölkənin şərqində Rusiya ordusunun irəliləyişini dayandırmağa yönəlib.