Bakıda bu məşhur marketdə 28 nəfər zəhərlənib
04.07.2022
Nəsimi rayonunda yerləşən "Bolmart” supermarketdə kütləvi zəhərlənmə olub.
"DM" xəbər verir ki, bununla bağlı "Haqqin.az”a danışan TƏBİB-in şöbə müdiri Zamirə Adilova zəhərlənmə diaqnozu ilə 14 nəfərin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirildiyini bildirib.
Daha 14 nəfərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Zəhərlənənlərin əksəriyyəti marketin əməkdaşlarıdır.Marketin damında qazın istifadəsi ilə təmir işləri aparılır, ehtimal edilir ki, zəhərlənmə də oradan baş verib.