Özbəkistan Qaraqalpaqla bağlı qərarını verib
04.07.2022
Özbəkistan parlamenti ölkə Konstitusiyasına dəyişiklik layihəsində Qaraqalpaq Muxtar Respublikasının suverenliyi statusunun saxlanılması barədə qərar qəbul edib.
"DM" xəbər verir ki, bu barədə özbək mətbuatı məlumat yayıb.
Qeyd edək ki, yeni Konstitusiya dəyişikliyində Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyətinin əlindən alınması təklif edilirdi. Bu, etirazlara səbəb olmuşdu və ölkə Prezidenti Şövkət Mirziyayev sözügedən təklifin təkliflərdən çıxarılacağını bildirmişdi.