ABŞ bu ideyadan ƏL ÇƏKDİ
26.09.2018
"Şimal axını-2” tikilsə, Almaniya Rusiyanın enerji mənbələrindən tam asılı vəziyyətə düşəcək.
"Dövran Media" xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
O, çıxışında OPEK-i də tənqid edib. Trampın fikrincə, bu ölkələr neft qiymətlərinin artırılmasını dayandırmalıdırlar.
ABŞ lideri OPEK ölkələrini hərbi xərclərini artırmağa çağırıb.
Tramp ABŞ-ın artıq qlobalizm ideyasından da imtina etdiyini bildirib. Onun sözlərinə görə, gələcəkdə ABŞ yalnız ona hörmət edən və onunla dostluq əlaqələri quran ölkələrə beynəlxalq miqyasda yardım göstərəcək.