Türk donanması təlimə başlayır
26.09.2018
Türkiyə "Mavi balina 2018” hərbi dəniz təlimi keçirəcək.
"Dövran Media" xəbər verir ki, təlim sentyabrın 28-dən oktyabrın 7-nə qədər davam edəcək. Təlimdə 9 NATO ölkəsi, o cümlədən Azərbaycan, Əlcəzair, Qətər, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanı iştirak edəcək.
Aralıq dənizinin şərq sahillərində baş tutacaq təlimdə Türkiyənin 5 sualtı qayığının iştirakı nəzərdə tutulub.