Britaniya Azərbaycanda minatəmizləmə əməliyyatlarına 500 min funt sterlinq ayırıb
30.06.2022
"Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik”.
Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter” hesabında qeyd edib.
"Böyük Britaniya XİN regionda minatəmizləmə fəaliyyəti üçün əlavə 500 000 funt sterlinq ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək”, - deyə C.Şarp bildirib.