İsrail parlamenti buraxılıb, növbədənkənar seçkilər keçiriləcək
30.06.2022
İsrail parlamenti - Knesset buraxılıb.
Bu gün parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi haqqında qanun layihəsi səsverməyə çıxarılıb.
Beləliklə Knesset ölkədə növbədənkənar parlament seçkilərinin noyabrın 1-də keçirilməsinə səs verib.
Seçkilərədək baş nazir vəzifəsini xarici işlər naziri Yair Lapid icra edəcək.
Mənbə: TASS