TBMM-də edam təklifi - YENİ LAYİHƏ
25.09.2018
Türkiyənin Böyük Birlik Partiyası (BBP) ölkədə bəzi cinayətlərə edam cəzasının verilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
"Dövran Media" xəbər verir ki, məlumata görə, partiya rəsmiləri sözügedən layihəni oktyabrın birində TBMM-ə təqdim etməyə hazırlaşır.
"Məclis açılanda edam təklifimizi əvvəlcə ictimaiyyətlə paylaşacağıq, sonra da HDP istisna olmaqla siyasi qrupları ziyarət edərək təklifimizə dəstək istəyəcəyik”, - partiya sədri Mustafa Destici bildirib.