NATO tərəfdaşlara dəstəyi artıracaq
29.06.2022
NATO Bosniya və Herseqovina, Gürcüstan və Moldova Respublikası da daxil olmaqla tərəfdaşlara uyğunlaşdırılmış siyasi və praktiki dəstəyi artırmaq üçün yeni tədbirlər haqqında qərar qəbul edib.
"DM” xəbər verir ki, bu barədə NATO-nun Madriddəki sammitində qəbul edilən bəyannamədə bildirilib.
"Biz onlarla birlikdə çalışacağıq ki, onların bütövlüyü və möhkəmliyini, imkanlarını inkişaf etdirək və siyasi müstəqilliklərini qoruyaq. Biz həmçinin Cənubdan olan tərəfdaşlara potensialın gücləndirilməsi üzrə dəstəyimizi artıracağıq”, - sənəddə qeyd olunub.