NATO: "Ukraynaya dəstək verən bütün müttəfiqlərin səylərini alqışlayırıq"
29.06.2022
"Biz öz ölkəsini qəhrəmancasına müdafiə edən Ukrayna hökuməti və xalqı ilə tam həmrəyik. Biz Ukraynanın müstəqilliyi, suverenliyi və akvatoriyalarına qədər uzanan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha bildiririk".
"DM” xəbər verir ki, bu, NATO-nun sammitində qəbul edilən bəyannamədə qeyd olunub.
"Biz Ukraynanın özünümüdafiə və öz təhlükəsizlik tədbirlərini seçmək hüququnu tam dəstəkləyirik. Biz Ukraynaya dəstək verən bütün müttəfiqlərin səylərini alqışlayırıq. Biz onların konkret vəziyyətini dərk edərək onlara lazımi şəkildə kömək edəcəyik”, - sənəddə vurğulanıb.
Həmçinin qeyd olunub ki, Belarus Ukraynadakı müharibədə Rusiya ilə əlbir ölkədir.