Korotçenko çağırış edib: Məhv edilməlidir
29.06.2022
Rusiyanı Kiyev rejiminin Qərb silahlarından necə istifadə edəcəyi maraqlandırmır. Rusiya ordusunun Ukraynadakı əsas vəzifəsi bu təchizatların məhv edilməsidir.
"DM" xəbər verir ki, bunu "Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.
"Biz NATO ölkələri ərazisindən Ukraynaya Qərb silahlarının daşınması üçün istifadə edilən nəqliyyat, logistika, dəmir yolu və yol infrastrukturunu sıradan çıxarmaqla bu çatdırılmaların dayandırılmasında maraqlıyıq”, - o bildirib.
Korotçenko qeyd edib ki, Qərb silahları həm Rusiya ordusu, həm də mülki əhali üçün təhlükəlidir:
"Ukraynanın cənub və qərbində bütün nəqliyyat və logistika infrastrukturu məhv edilməlidir. Heç kim xarici silahlardan ölməməlidir. Rusiya bütün Nezalejnaya ərazisinə nəzarəti ələ keçirməlidir. Hərbi əməliyyat daha da genişləndirilməlidir”.