DSMF-nin 2022-ci il üçün büdcəsi təsdiqlənib
29.06.2022
Milli Məclis 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda müzakirəyə çıxarıb.
"DM" xəbər verir ki, qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Qeyd edək ki, Fondun gəlirləri və xərcləri bərabər olmaqla 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat tövsiyyə edilir.