Reznikov: Türkiyədən bu qədər PUA alınıb
28.06.2022
Ukrayna "Bayraqdar” pilotsuz uçuş aparatlarının ən böyük alıcılarından birinə çevrilib. Müdafiə Nazirliyi Türkiyədən artıq 50-yə qədər PUA alıb.
"DM" xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
Reznikov PUA-ları Ukrayna ordusunun "silah klubu”nun hörmətli üzvü adlandırıb:
"Ümumilikdə fevralın 24-dən etibarən Müdafiə Nazirliyi 50-yə qədər PUA-nı istifadəyə verib, daha bir neçəsinin müqaviləsi bağlanıb və ödənişləri həyata keçirilib, onların iyulda təhvil verilməsi gözlənilir. Daha onlarla pilotsuz təyyarə sifarişi var. Yaxın gələcəkdə "Baykar Makina” zavodunun demək olar ki, bütün imkanları Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəməyə yönəldiləcək”.