Conson Putinlə razılaşmayan rusiyalı alimləri Britaniyaya dəvət edib
28.06.2022
Böyük Britaniyanın Baş naziri Boris Conson hakimiyyətdən narazı olan rusiyalı alimləri açıq şəkildə Böyük Britaniyaya köçməyə dəvət edib.
Bu barədə "The Guardian” yazıb.
Conson Ukrayna universitetləri ilə əməkdaşlıq sisteminin bir hissəsi olaraq, ukraynalı alimlərə Böyük Britaniya institutlarında tədqiqatlarını davam etdirməyə imkan verəcək bu təklifin rusiyalı həmkarlara da şamil edildiyini söyləyib.
"Putinin zorakılığına təşvişlə baxan və artıq Rusiyada özlərini təhlükəsiz hiss etməyən rusiyalı alimlərə və tədqiqatçılara: Böyük Britaniyaya gəlmək və açıqlığa, azadlığa və bilik axtarışına dəyər verən bir ölkədə işləmək üçün çəkinmədən müraciət etməlisiniz”, – deyə Conson qeyd edib.
Mənbə: Yevropeyskaya pravda