Ermənistan sərhədə muzdluları yerləşdirir
28.06.2022
Ermənistanda çağırışçılar mərhələli şəkildə ön xətdə döyüş növbətçiliyindən azad ediləcək, onları müqaviləli hərbçilər əvəz edəcək.
"DM" xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının Səfərbərlik və Təşkilat İdarəsinin rəis müavini Saak Saakyan deyib.
Onun sözlərinə görə, ordu korpuslarından birində ön xəttin mühafizəsi indi demək olar ki, tamamilə müqaviləli əsgərlərə həvalə olunub.
"Müdafiə naziri və Baş Qərargah rəisinin vəzifələrindən biri də çağırışçıların cəbhə xəttində xidmətdən mümkün qədər azad edilməsini təmin etməkdir. Çağırışçılar yalnız döyüş hazırlığı ilə məşğul olacaqlar və zəruri hallarda döyüş növbətçiliyinə cəlb olunacaqlar”, - Saakyan bildirib.