Türkiyə Prezidenti bu gün İsveç və Finlandiya liderləri ilə görüşəcək.
28.06.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İsveç və Finlandiya liderləri ilə görüşəcək.
"DM"-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə lideri NATO-nun Madriddə baş tutacaq sammitinə yola düşmədən öncə açıqlamasında deyib.
O qeyd edib ki, NATO sammiti çərçivəsində baş tutacaq görüşdə NATO-nun Baş katibi Yens Stoltenberq də iştirak edəcək.
Ərdoğan əlavə edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizlik narahatlıqlarını yerinə yetirməlidirlər.