İrəvanın meri Fransada 11 gün qalacaq
27.06.2022
İrəvan meri Qraçya Sərkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti dünən Fransaya gedib.
"DM" erməni mediasına istinadla xəbər verir ki, səfərin Marsel, Lion və Paris merlərinin dəvəti ilə baş tutduğu bildirilir.
Q.Sərkisyan hər 3 şəhərdə olacaq, İrəvan və Marsel şəhərlərinin əməkdaşlığının 30 illiyinə həsr olunan tədbirlərə qatılacaq.
Səfərin 7 iyula qədər davam edəcəyi bildirilib.