Ermənistanın Rusiya ilə quru əlaqəsi tamamilə kəsilib
27.06.2022
Gürcüstan leysan yağışları səbəbilə Rusiya Federasiyası ilə sərhədi müvəqqəti bağlayır.
"DM" xəbər verir ki, bu barədə respublikanın Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Yuxarı Lars ərazisində bu gün Terek çayında yaranan selə görə Gürcüstan-Rusiya sərhədi istiqamətində yol bağlanıb.
"Güclü yağışlar nəticəsində Terek çayı məcrasından çıxıb və Gürcüstanla Rusiya arasındakı avtomobil yolunu dağıdıb”, - deyə Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib.
Mtsxeta-Stepantsminda-Lars yolunun 136-cı kilometrliyindəki hissəsi zədələnib.
Qeyd edək ki, həmin yol Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru magistraldır.