Türkiyə XİN başçısı: “Taxıl məsələsini BMT ilə həll etmək üçün səy göstəririk”
27.06.2022
"Münasibətlərimiz ətrafımızdakı sınaqlardan dolayı daha da önəm qazanıb. Bu proseslərin davamında fürsətlər də ortaya çıxır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqdə deyib.
"Məqsədimiz bu fürsətlərdən xalqlarımızın, bölgəmizin xeyrinə istifadə etməkdir. Taxıl mövzusunu izləyirsiniz. BMT ilə birgə məsələni həll etmək üçün səy göstəririk. Davamlı və güvənli logistika xətlərinin önəmini bir daha görürük. Bu baxımdan milli və regional əhatəmizi artırmaq üçün önəmli sərmayələr etməyə davam edirik”, - XİN başçısı bildirib.