Böyük Britaniya taxıl ixracını asanlaşdırmaq üçün Ukraynanın dəmir yollarını bərpa edəcək
27.06.2022
Böyük Britaniya hökuməti Ukraynadan taxıl ixracını asanlaşdırmaq üçün bu ölkənin dəmir yollarının bərpasına 10 milyon funt-sterlinqə (təxminən 21 milyon manat) qədər vəsait ayıracaq.
Məlumatı Böyük Britaniya baş nazirinin ofisi yayıb.
"Bununla da Böyük Britaniya və onun müttəfiqləri Rusiyanın dünya ərzaq qiymətlərinə təsirinin qarşısını almağa qərarlıdır”, - deyə bəyanatda qeyd olunur.
Bəyanatda həmçinin bildirilir ki, qarşıda ehtimal olunan ərzaq böhranı dünyada 47 milyon insanı humanitar fəlakət riski ilə üz-üzə qoya bilər.
Mənbə: TASS